BAKI, 2 may. TELEQRAF
Apreldə 14965 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Teleqraf xəbər verir ki, bu Dövlət Sərhəd Xidmətinin aprel ayı üçün yaydığı hesabatda əksini tapıb.
Bundan başqa, qeyd olunub ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 228 kiloqram 925 qram narkоtik vasitə aşkar olunub.