AZ

Mənə müraciət edənlər arasında prezident də olub - Zirəddin

1997-ci ildən bu günə qədər fəaliyyətimdə İngiltərədən mənə müraciət olunmuşdu. Çünki mən 5 il öncədən İngiltərə kraliçası II Yelizavetanın ölüm tarixini demişdim.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a müsahibəsində kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

“Kraliçanın ayın səkkizində öləcəyini demişdim. 5 il sonra belə də oldu. Ayın 7-si vəziyyəti ağırlaşdı və 8-i dünyasını dəyişdi. Ondan sonra mənim yanıma oradan nümayəndələr gəlmişdi. Mənə İngiltərədə ev və aylıq müəyyən məbləğdə ödəniş təklif etdilər. Mənim fəaliyyətimdən bəhrələnmək istəyirdilər. Ancaq təkliflər içində məni narahat edən məqam var idi. Çünki parapsixologiya və gizli elmlər sahəsində mütəxəssislər mənim üzərimdə araşdırma aparıb, insan beyninin bilinməyən tərəflərini öyrənmək istəyirdilər. Ancaq bu təklifə hansı fizioloji müdaxilələrin daxil olduğunu bilmirdim. Bu mənim üçün ən qeyri-adi müraciətlərdən biri idi.

Digəri isə başqa ölkənin prezidentləridən biri yanıma nümayəndə göndərməyi idi. Bir qadın idi və tək gəlmişdi. Prezident haqqında mənə heçnə deməmişdi. Mən o xanımın suallarına cavab verirdim. Sonra qadın mənə dedi ki, dediyin adam bilirsən kimdir? Adını demişdi amma o olduğunu təxmin etməmişdim. Qadın Aypədi çevirib, göstərdi. Gördüm hamının tanıdığı şəxsdir”, - deyə ekstrasens bildirib.

Seçilən
0
3
axar.az

4Mənbələr