AZ

ABB-də krediti olanların NƏZƏRİNƏ

“Azərbaycan Beynəlxalq Bankı”nda istehlak krediti olan müştəri başına gələnləri ictimailəşdirib.

Tribunainfo.az xəbər verir ki, ABB müştərisi Fərid Kərimovun sözlərinə görə, 21-ci əsrdə ABB qrafikdən kənar ödənişlərdə komissiya tutur:

“Azərbaycan Beynəlxal Bankı”nda istehlak kreditim var. Demək olar hər ay qrafikdən kənar ödənişlər edirəm. ABB-dən həmçinin tam kartım var. Kredit limiti 0-dır. Sonuncu qrafikdən kənar ödənişdə ÖZ ŞƏXSİ VƏSAİTİM olan 500 azn-i tam kartın kredit hissəsinə vurmuşam. ABB-nin ÖZ kartı ilə öz ŞƏXSİ vəsaitimi ABB-nin öz kreditini ödəyən zaman 500 azn-ə 7.50 azn komissiya haqqı tutdu.

Bununla bağlı ABB-yə rəsmi müraciət etdim və mənə verilən cavabı da sizə təqdim edirəm. Deməli, bankın əməliyyat sistemi həmin pulu bankın ayırdığı vəsait kimi tanıyıb. Təsəvvür edin ki, 21-ci əsrdə siz ölkənin 1 nömrəli bankına qrafikdən kənar ödənişdə mütləq banka gedib orda ödəniş eləməlisiz ki, bank komissiya tutmasın”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar İxtiyarqızı

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr