Bu gün I Liqada 24-cü tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib.
"Cəbrayıl" "Bakı Sportinq"i qəbul edib. "Mingəçevir" isə "Difai"nin qonağı olub.
Artıq "Qəbələ" çempionluğu rəsmiləşdirib, "Karvan" və "İmişli" isə Premyer Liqaya vəsiqəni təmin edib.
“Cəbrayıl” – “Bakı Sportinq” 2:1
Qollar: B.İsmayılov, 28; T.Əhmədov, 84 – E.Abdullayev, 87
Qırmızı vərəqə: T.Əhmədov, 84 ("Cəbrayıl")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Alik Yunusov
“ASCO Arena”
“Difai” – “Mingəçevir” 1:4
Qollar: K.Kamta, 70 - pen. – N.Əliyev, 8, 90+3; T.Fərmanov, 59, 75
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
Şamaxı OİK stadionu
2 may (cümə)
17:00. “İmişli” – “Qaradağ Lökbatan”
17:00. “Zaqatala” – MOİK
17:00. “Karvan” – “Qəbələ”