AZ

Rusiyada 9 May günü terror törətməyə hazırlaşan qadın saxlanılıb

Rusiyanın Dağıstan Respublikasında həyata keçirilən xüsusi əməliyyat nəticəsində 9 May günü terror aktı törətməyi planlaşdıran qadın saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilir ki, Xasavyurt şəhərində həyata keçirilən əməliyyat nəticəsində 1996-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Onun niyyəti 9 May günü şəhərdə yerləşən hüquq-mühafizə orqanının inzibati binasında kustar üsulla hazırlanmış partlayıcı qurğunu işə salmaq olub.
Seçilən
0
1
sherg.az

2Mənbələr