AZ

Mikromobillik, parklanma və taksi sahələrində aparılan məqsədyönlü işlər davam etdirilməlidir - Nazir müavini

Bakı. Trend:

Elektrik avtobus və qatarların istismara verilməsi,mikromobillik zolaqlarının yaradılması, parklanma və taksisahələrində aparılan islahatların ilkin müsbət nəticələri olsa da,bu istiqamətdə məqsədyönlü işlər davam etdirilməlidir.

Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniRəhman Hümmətov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı iləbaş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ciForumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan həmçinin regionun vacib tranzit vəlogistika qovşağı kimi mövqeyini də gücləndirir.

“Dəmir yolu xətlərinin müasirləşdirilməsi, Ələt Limanınıngenişləndirilməsi və s. kimi addımlar ölkəmizin tranzitqabiliyyətini əhəmiyyətli artıraraq Şərqlə Qərb, Şimalla Cənubarasında dayanıqlı əlaqələrin formalaşmasına zəmin yaradır”, - deyəR.Hümmətov qeyd edib.

Seçilən
0
az.trend.az

1Mənbələr