Bakı. Trend:
Mikromaliyyə sektorunun digər əsas maliyyələşmə mənbələrindənbiri kapital bazarı vasitəsilə maliyyələşmədir. Lakin bank olmayankredit təşkilatlarının (BOKT) istiqraz vasitəsilə maliyyələşməxərcləri yüksəkdir.
Trend bu barədəAMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinəistinadən xəbər verir.
Məlumata görə, BOKT-lərin istiqraz vasitəsilə maliyyələşməxərclərinin yüksək olması əsasən onların risk
profilindən qaynaqlanır.
Geniş fəaliyyətli BOKT-lərin yaranması və onlara daha çoxfəaliyyətin həyata keçirilməsinə icazə verilməsi, habelə daha cidditənzimləmə və idarəetmə siyasəti tələbləri maliyyə institutlarınındayanıqlığını artırmaqla investorlar üçün daha aşağı riskli maliyyəinstitutu kimi qəbul edilməsinə və beləliklə maliyyələşməxərclərinin aşağı düşməsinə zəmin yaradacaq.
Eyni zamana, “Emitentin istiqraz buraxılışının maksimum həcminədair tələblər haqqında Qayda”sına geniş fəaliyyətli BOKT-lər üçün,habelə mikrokredit portfelinin həcmi üzrə müvafiq şərtləri yerinəyetirən banklar üçün istiqraz buraxılışı ilə bağlı normativlərəyenidən baxılması nəzərdə tutulur.