"Ukrayna Dəmir Yolları" şirkəti Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye şəhərində yerləşən lokomotiv təmiri zavodunun zədələndiyini açıqlayıb.
Şirkətin Telegram kanalında verilən məlumata görə, müəssisə ötən gecə zədələnib.
Məlumata əsasən, zavodun ərazisində yanğın baş verib və həmin yanğın artıq tamamilə söndürülüb.
Bundan əvvəl V.A. Malyşev adına Xarkov zavoduna zərbə endirildiyi bildirilmişdi. Həmin zavodda Ukrayna Silahlı Qüvvələrinin texnikası təmir olunurdu.