BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp İrandan neft və ya neft məhsulları alan ölkələrə və şəxslərə ABŞ ilə biznes fəaliyyəti qadağan olunacağı barədə xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial media platformasında yazıb.
“İran nefti və ya neft-kimya məhsullarının bütün alımları dərhal dayandırılmalıdır. İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulları alan hər hansı ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Onlara ABŞ ilə heç bir şəkildə biznes aparmağa icazə verilməyəcək” – deyə Tramp bildirib.
Rapidan Energy konsaltinq şirkətinin baş direktoru Skott Modell Trampın bu açıqlamalarının xüsusilə İrandan gündəlik 1 milyon bareldən çox neft idxal edən Çinə yönəldiyini bildirib.
Modell hesab edir ki, Trampın bəyanatları administrasiyanın İranla yeni saziş əldə etmək istəyində dəyişiklik olmadığını, əksinə, onun güc vasitəsilə danışıqlar aparmağa inamını vurğuladığını göstərir.
Qeyd edək ki, daha əvvəl ABŞ İran və Çindən olan altı şirkət və altı fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.