Skype platforması mayın 5-də fəaliyyətini dayandıracaq.
Missiya.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Microsoft" şirkəti bildirib.
Şirkət may ayında platformaya dəstəyi dayandıracağını və istifadəçilərin hesablarının Microsoft Teams xidmətinə köçürüləcəyini bildirmişdi.
Qeyd edək ki, Skype xidməti 2003-cü ildə istifadəyə verilib. Microsoft onu 2011-ci ildə alıb.
Nurlana ƏhmədovaMissiya.Az