“Bəzi siyasətçilərin Krımı rəsmən Rusiya ərazisi kimi tanımaq ideyası “Münxen sazişi”ni xatırladır. Bu anlaşma Adolf Hitlerlə barışıq üçün imzalanmışdı, lakin İkinci Dünya müharibəsinin qarşısını ala bilmədi”.
"Referans" xarici mediaya istinadən xəbər verir ki, bu sözləri “Krım” batalyonunun komandiri İsa Akaev “Yunian”a müsahibəsində deyib.
Qeyd edək ki, 1938-ci ildə İngiltərə, Fransa, İtaliya və Almaniya “təcavüzkarları sakitləşdirmək” və Şərqə tərəf “şirinikləndirmək” mövqeyini tutaraq Çexoslovakiyanı parçalamaq qərarını qəbul ediblər. Bu ölkənin rəyi ilə isə maraqlanmayıblar. Sudet vilayəti Almaniyaya güzəştə gedilib. Buna görə də bəzi ukraynalılar hazırda Krımın Rusiyaya verilməsi ideyasını “Münxen sazişi” ilə müqayisə edirlər. Çünki rəsmi Kiyevin Krımdan imtina etmək fikri yoxdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta