Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) mikromaliyyə sektorununinkişafını məhdudlaşdıran amilləri açıqlayıb.
Trend bu barədəAMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinəistinadən xəbər verir.
Məlumata görə, mikromaliyyə sektorunun inkişafını məhdudlaşdıranəsas amillərə mikromaliyyənin maliyyə sektorunun xüsusi alt-sektorukimi formalaşmaması, əsas mikromaliyyə institutlarının resursbazasının və çeşidinin məhdud olması, risklərin bölüşdürülməsimexanizmlərinin yetərli olmaması və mikromaliyyə sektorununxüsusiyyətlərinə uyğunlaşdırılmaması, habelə mikromaliyyənin əsasmüştəri seqmentlərindən biri olan özünüməşğul əhali və ailə kəndlitəsərrüfatlarının identifikasiyası sistemindəki zəiflikləraiddir.
Qeyd edilib ki, qanunvericilikdə mikromaliyyə seqmentininmüəyyən olunmaması da bu sahə üzrə təşviqedici prudensial və dövlətsiyasətinin həyata keçirilməsi imkanlarını məhdudlaşdırır:
"Cari vəziyyət kiçik biznes kreditləşməsinə fokuslaşmışixtisaslaşmış mikromaliyyə institutlarının formalaşmasınıçətinləşdirir. Bu isə özünüməşğulluq və mikrosahibkarlığın inkişafıistiqamətində hökumətin siyasətinin effektiv şəkildə həyatakeçirilməsini məhdudlaşdırır.
Əsas mikromaliyyə institutu hesab edilən BOKT-lərin portfelininəsas hissəsinin istehlak kreditlərindən formalaşması “mikrokredit”anlayışının qanunvericilik çərçivəsinə daxil edilməsini və buistiqamətdə təşviqedici siyasətin aparılmasının zəruriliyinigöstərir".