Olaylar.az xəbər verir ki, Almaniyanın daxili kəşfiyyat xidməti - Federal Konstitusiyanı Qoruma İdarəsi - ölkədə mühacirət və islam əleyhinə çıxışları ilə tanınan sağçı Alternativ für Deutschland (AfD) partiyasını "ekstremist təşkilat" kimi tanıyıb. Bu qərar dövlət orqanlarına partiyanı daha yaxından izləmək imkanı verir. AfD-nin bəzi qolları, o cümlədən gənclər qanadı artıq əvvəllər "ekstremist" kimi tanınmışdı. 2021-ci ildən isə partiyanın özü "şübhəli ekstremist qurum" statusunda idi. Lakin yeni qərarla artıq partiya bütövlükdə demokratiyaya təhdid kimi qəbul edilir.
Bu status hüquq-mühafizə orqanlarına gizli üsullardan istifadə etməyə - informator cəlb etməyə və rabitəni dinləməyə - geniş imkanlar açır. Həmçinin, AfD üzvlərinin dövlət qulluğuna qəbuluna məhdudiyyətlər qoyula bilər və bu, partiyanın yeni üzv cəlb etmə imkanlarına mənfi təsir göstərə bilər.
Qeyd edək ki, AfD 2025-ci ilin fevralında keçirilən federal seçkilərdə ikinci yeri tutaraq ölkə siyasətində ciddi gücə çevrilmişdi.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31