AZ

AFFA “Neftçi”nin iki üzvünü sərt cəzalandırdı

AFFA İntizam Komitəsi Yüksək liqa təmsilçisi “Neftçi” İK-in futzalçısı Emil Həsənzadə və Namiq Məmmədkərimovu 4 oyunluq diskvalifikasiya edib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb hər iki idmançının Yüksək Liqanın 16-cı turunda evdə “Şuşa” ilə oyunda təcavüzkar davranış etməsidir.

Həsənzadə və Məmmədkərimov matçın 34-cü dəqiqədə birbaşa qırmızı vərəqə meydan qovulub.

Seçilən
0
teleqraf.com

1Mənbələr