AZ

Türkiyədə İŞİD-ə dəstək verməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

İstanbul, 2 may, Günel Karatepe, AZƏRTAC

Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir Cümhuriyyət Baş Prokurorluğu tərəfindən terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aparılan istintaq çərçivəsində 45 şübhəlinin saxlanılmasına qərar verilib. Bununla bağlı ölkənin dörd vilayətində eyni vaxtda keçirilən əməliyyat nəticəsində şübhəlilərdən 35-i saxlanılıb.

Biri ölkə xaricində olmaqla, daha on nəfərin saxlanılması istiqamətində işlər davam etdirilir.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər ələ keçirilib.

Seçilən
0
azertag.az

1Mənbələr