AZ

150 hakim təlimlərə cəlb olunub

BAKI, 2 may. TELEQRAF

Məhkəmə qərarlarının icrası istiqamətində Ədliyyə Nazirliyinin ötən il keçirdiyi islahatlarla əlaqədar son 5 ilin ən yüksək nəticəsi əldə olunub.

Teleqraf xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumun panel müzakirələrində deyib.

O bildirib ki, islahatlar nəticəsində cari ildə daha yüksək nəticələrin əldə edilməsi nəzərdə tutulub.

"İcra sənədləri barədə mobil tətbiq vasitəsi ilə vətəndaşlar icra prosesini izləyə biləcək. Burada da əsas məqsəd vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin edilməsidir. Bu, nazirliyin əsas prioritetlərindən biridir. Həmçinin, ötən ilin sonu elektron hərrac proqramı istifadəyə verilib", - xidmət rəisi əlavə edib.

O həmçinin qeyd edib ki, hakimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər təşkil edilir.

"Ötən il təşkil edilən 15 təlimdə 150-ə yaxın iştirak edib".

Seçilən
0
teleqraf.com

1Mənbələr