AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI,TurkicWorld

Türkiyənin 4 şəhərində silahlı terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 45 şübhəli barəsində həbs qərarı verilib, onlardan 35-i saxlanılıb.

TurkicWorld xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə aparılan araşdırma çərçivəsində 45 şəxs barəsində gözaltı qərarı çıxarılıb.

Terrorla Mübarizə Şöbə İdarəsi qrupları tərəfindən İzmir, Adana, Osmaniye və Manisa şəhərlərində eyni vaxtda keçirilən əməliyyatda 35 şübhəli yaxalanıb.

Bir şübhəlinin xaricdə olduğu müəyyənləşdirilib, qalan doqquz şübhəlinin tutulması üçün axtarışlar davam edir.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər ələ keçirilib. Əməliyyatın terror təşkilatının maliyyə şəbəkəsinə ciddi zərbə vurduğu bildirilir.

Seçilən
0
turkic.world

1Mənbələr