AFFA İntizam Komitəsi "Neftçi"də çıxış edən Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimovu dörd oyunluq cəzalandırıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna oyunçunun Yüksək Liqanın XVI turunda "Şuşa" ilə matçda təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Ağ-qaralar"ın digər üzvü Emil Həsənzadə də eyni səbəbdən birbaşa qırmızı vərəqə alıb və dörd matç komandasına kömək edə bilməyəcək.
"Baku Fire"dən Elvin Quliyev "Araz-Naxçıvan"la qarşıdakı söz və hərəkətlə etiraz səbəbindən ikinci sarı vərəqəni görüb və 1 oyunluq cəza alıb. O, meydançadan qovulandan sonra oyunun bərpasına maneçilik törətdiyinə görə və görüş bitdikdə hakimləri təhqir etdiyi üçün 4 matçlıq da cəza alıb.