Təbii və sağlam qidalanma həyat keyfiyyətinin yüksəlməsi və xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Bu baxımdan tərəvəzlər gündəlik rasionda xüsusi yer tutur. Onlardan biri də həm dadı, həm də faydaları ilə seçilən pomidordur.
Pomidor həm təzə halda, həm də müxtəlif yeməklərdə, salatlarda və souslarda istifadə olunur. Onun sağlamlıq baxımından bir çox üstünlükləri elmi araşdırmalarla da sübut olunmuşdur.
Operativ Media xəbər verir ki, pamidorun faydaları aşağıdakı kimidir:
Pomidorun əsas faydaları onun zəngin tərkibindən qaynaqlanır. A, C, K, B6 vitaminləri, fol turşusu, kalium, dəmir, maqnezium, fosfor və digər minerallarla zəngindir. Həmçinin tərəvəzin tərkibində güclü antioksidant olan likopin maddəsi mövcuddur. Bu maddə pomidora qırmızı rəng verən piqment olmaqla yanaşı, bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Pomidoru sağlamlığımıza müsbət təsirində nə kimi rolu var?
- Ürək-damar sağlamlığı baxımından pomidor olduqca faydalıdır. Likopin xolesterin səviyyəsini tənzimləyərək damarların tıxanmasının qarşısını alır və qan dövranını yaxşılaşdırır. Bu da infarkt və insult kimi təhlükəli xəstəliklərin riskini azaldır.
- Pomidor həmçinin xərçəng əleyhinə təsiri ilə tanınır. Xüsusilə prostat, ağciyər və mədəaltı vəzi xərçəngi riskini azaltmağa kömək edir. Likopin sərbəst radikalların zərərli təsirini neytrallaşdıraraq hüceyrə səviyyəsində qoruma təmin edir.
- Dəri və göz sağlamlığı üçün faydalıdır. Tərkibindəki A və C vitaminləri dərini ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur, kollagen istehsalını artırır və dərini gənc saxlayır. Gözlər üçün vacib olan A vitamini isə görmə qabiliyyətini gücləndirir və gecə korluğunun qarşısını alır.
- Həzm sisteminə də müsbət təsiri var. Tərkibindəki lif mədə-bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik probleminin qarşısını alır və bağırsaqlarda faydalı mikrofloranın yaranmasına kömək edir.
-İ mmun sistemini gücləndirir. C vitamini bədənin infeksiyalara qarşı müqavimətini artırır, iltihab əleyhinə təsir göstərir və yaraların tez sağalmasına kömək edir.
- Bu tərəvəz həmçinin arıq qalmaq istəyənlər üçün ideal bir qida hesab olunur. Kalorisi az, su tərkibi isə yüksək olduğu üçün uzun müddət toxluq hissi yaradır və metabolizmin sürətlənməsinə kömək edir.
Günay Nəcəfova