Bakı. Trend:
Məhkəmə qərarlarının icrası istiqamətində mühüm nəticələr əldəedilib. Belə ki, məhkəmə qərarlarının əhəmiyyətli hissəsinin tam vəya maneəsiz vaxtaşırı icrasına nail olunub. 2024-cü ildə icraatıtamamlanmış işlərin sayı son 5 ilin ən yaxşı göstəricisi olub.
Trend xəbərverir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi LəmanHüseynzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baştutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ciForumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlıpanel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətintəkmilləşdirilməsi məqsədilə, “Elektron icra” informasiya sistemiəsaslı surətdə yenilənərək, zəruri funksionallıqlarla təminedilib:
“Geniş funksionalıqlara malik yeni sistemin köməyilə, 2025-ciildə icra xidməti göstəricilərinin daha da yaxşılaşdırılması mümkünolacaqdır.
Bundan başqa yaxın zamanda “Mobil icra” tətbiqi istifadəyəveriləcək.
Tətbiq vasitəsilə tələbkar və borclular öz şəxsi kabinetlərivasitəsilə icra işinə dair bütün zəruri məlumatları əldə edə, icraişinin statusunu real vaxt rejimində izləyə, ödəniş tarixçəsi vəqalıq borca nəzarət edə bilər, eləcə də qalıq borca və ödəniştarixçəsinə nəzarət edə bilər, tətbiq olunan məhdudiyyətləri izləyəbilər”.
Ləman Hüseynzadə qeyd edib ki, tətbiqin yaradılmasında məqsədməhkəmə qərarlarının icrası prosesində məmur-vətəndaş ünsiyyətininminimuma endirilməsi, hesabatlılıq və şəffaflığın təmin edilməsi,vətəndaşlara və hüquqi şəxslərə yerində xidmətin təminedilməsidir:
“İcra sistemində səmərəliliyin artırılması, alternativliyintəmin edilməsi, iş yükünün optimallaşdırılması və paylaşılması,daha əlçatan və effektiv icra sisteminin təşkili məqsədilənormativ-hüquqi aktların layihələri hazırlanaraq, hökumətə təqdimolunub”.