AZ

Qazaxıstanda hərbi təyyarələrin kommersiya yükdaşımalarında istifadəsi təklif olunur

Astana, 2 may, AZƏRTAC

Qazaxıstan Müdafiə Nazirliyi hərbi-nəqliyyat aviasiyasından kommersiya və digər məqsədlər üçün də istifadə edilməsi üçün qanunvericilik tədbirləri kompleksi hazırlayıb.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, Qazaxıstan qanunvericiliyində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq dövlət aviasiyasından ödənişli əsaslarla istifadəyə icazə verən heç bir müddəa yoxdur.

Bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya, Koreya, Almaniya, Türkiyə, Misir, Rusiya və Belarusun təcrübəsi göstərir ki, hərbi nəqliyyat aviasiyasından mülki məqsədlər üçün səmərəli istifadə etmək olar.

Layihədə müvafiq məhdudiyyətin aradan qaldırılması və dövlət aviasiyasından ödənişli əsaslarla istifadə imkanının qanunvericilik səviyyəsində müəyyən edilməsi təklif edilir. Bununla yanaşı, belə bir istifadə halları bölmələrin döyüş hazırlığının və qabiliyyətinin səviyyəsini azaltmamalıdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
0
azertag.az

1Mənbələr