AZ

Mərkəzi Bank: "Məhdud sayda mikromaliyyə institutu yerli banklardan maliyyə vəsaiti cəlb edə bilir"

BAKI, 2 may. TELEQRAF

Mikromaliyyə sektoru, o cümlədən Bank Olmayan Kredit Təşkilatları (BOKT) hazırda öz potensiallarından aşağı səviyyədə fəaliyyət göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində qeyd edilir.

Sənəddə bildirilir ki, BOKT-lar maliyyə sistemində məhdud şəkildə fəaliyyət göstərir və dar fəaliyyət çərçivəsi, eləcə də nisbətən yüksək əməliyyat xərcləri səbəbindən maliyyə məhsul və xidmətlərini yalnız məhdud ölçüdə təklif edə bilir: “Həssas seqmentlərin, o cümlədən özünüməşğul şəxslər, ailə kəndli təsərrüfatları, mikro və kiçik bizneslərin maliyyə xidmətlərinə çıxışı ekosistemində zəifliklər mövcuddur. Mikromaliyyə sektorunun maliyyə sisteminə inteqrasiyası zəifdir. Belə ki, məhdud sayda mikromaliyyə institutu yerli banklardan maliyyə vəsaiti cəlb edə bilir”.

Sənəddə ayrıca qeyd edilir ki, sektorun bazarın həcmi və müştəri sayı baxımından böyümə potensialı genişdir: “Habelə mikromaliyyə institutlarının daha dərin institusional inkişafı üçün imkanlar mövcuddur”.

Seçilən
0
teleqraf.com

1Mənbələr