BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Nümayəndəlikdən bildirilib.
"Bu gün BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində son iş günüdür. Sabahdan etibarən fəaliyyət göstərməyəcəyik",- məlumatda qeyd olunub.