AZ

Jorje Jezuş qovuldu

 “Əl-Hilal” Jorje Jezuşu baş məşqçi postundan qoyub.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubunun rəhbərliyi komandanın Asiya Çempionlar Liqasından kənarlaşdırılmasından sonra 70 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Aprelin 29-da “Əl-Hilal” turnirin yarımfinalında “Əl-Əhli”yə (1:3) məğlub olub.

Jezuş 2023-cü ildə “Əl-Hilal”ın baş məşqçisi vəzifəsinə keçib. Ötən mövsüm onun rəhbərliyi altında klub Səudiyyə Ərəbistanı çempionluğunu və Kral Kubokunu qazanıb. 

Seçilən
0
idmanxeber.az

1Mənbələr