Rubio həmçinin qeyd edib ki, hazırda Rusiya və Ukraynanın mövqeləri bir-birindən çox uzaqdır. ABŞ vitse-prezidenti Cey Di Vens isə bildirib ki, münaqişənin həlli yalnız Moskva ilə Kiyev arasında dialoqla mümkündür və bu yolda son addımları tərəflər özü atmalıdır.
Dövlət Departamentinin nümayəndəsi Təmmi Bryus isə bəyan edib ki, ABŞ artıq vasitəçi rolunu oynamayacaq: "Biz artıq dünyanın bir ucuna uçub danışıqları moderasiya etməyəcəyik. Bu, tərəflərin işi olmalıdır."
Eyni zamanda Bryus əlavə edib ki, ABŞ köhnə sanksiyaları ləğv etmədən, yeni sanksiyalar tətbiqini diplomatik yollarla həyata keçirəcək. O bildirib ki, Trampın yeni sanksiyalar tətbiq edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.
Bu arada, ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinə təyin olunan Mayk Uoltsla Moskvanın işləməyə hazır olduğu bildirilib.