AZ

Azərbaycanlı bodibilder Avropa çempionatına ikiqat qələbə ilə başlayıb - FOTO

Azərbaycanın bodibildinq yığması İspaniyanın Santa Susanna şəhərində keçirilən Avropa çempionatında ilk mükafatlarını qazanıb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə komanda iki qızıl, bir gümüş və üç bürünc medal qazanıb.

Tərlan Əliyev həm yeniyetmələr, həm də böyüklər arasında "Mens Physique" yarışında birinci olmaqla ikiqat qələbə qazanıb.

Eyni yarışda çıxış edən Əhməd Quluzadə də iki dəfə fəxri kürsüyə qalxaraq yeniyetmələr arasında gümüş, böyüklər arasında bürünc medallara sahib çıxıb.

Digər boy kateqoriyasında “Mens Physique” yarışında Şirin Orucov üçüncü yeri tutub.

İlyas Abdullayev isə klassik bodibildinqdə bürünc medal qazanıb.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr