AZ

30 ildir diplomunu ala bilmir – Vətəndaş Agentlikdən NARAZIDIR

Ajans.az xəbər verir ki, şikayətçi məsələ ilə bağlı Elm və Ali Təhsil Agentliyindən narazıdır və müvafiq qurumlardan kömək istəyir. Qocamanova deyir ki, həmin il diplomlar verilmədiyi üçün sənədini ala bilməyib: ‘30 il sonra texnikuma gedərək diplomumu almaq istədim. Orada mənə dedilər ki, arxivdən bütün sənədlərim Elm və Təhsil Agentliyinə göndərilib və 3-4 ay sonra gəlib diplomu ala bilərəm. 2024-cü ilin avqust ayında yenidən texnikuma getdim. Məlumat verdilər ki, diplomum hələ də gəlməyib.Təkrar Elm və Təhsil Agentliyinə getdim. Orada girişdə Elçin adlı bir mütəxəssis mənimlə maraqlandı, bir neçə yerə zəng etdi və “bir həftə sonra gəlin” dedi. Beləliklə, avqust ayı boyunca hər həftə çərşənbə günləri Elm və Təhsil Agentliyinə getdim. Lakin heç bir nəticə əldə edə bilmədim. Daha sonra Elçin bəy məni daxili telefonla Şahzadə adlı bir xanımla danışdırdı. O xanım bildirdi ki, oktyabr ayında bütün sənədlər tamamlanacaq və diplomumu texnikumdan ala biləcəyəm. Təssüf ki, hələ də diplomumu ala bilməmişəm’’. Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan ‘’Ajans.az’’a bildirilib ki, Rəna Şahmar qızı Qocamanovanın Bakı 2 nömrəli Baza Tibb Məktəbinə köçürüldüyü əmrlə onun istehsalat təcrübəsinə buraxılma və kursdan- kursa keçirilmə əmrlərinin tarixləri arasında fərqlər olduğu üçün ona diplom blankının verilməsi məqsədəuyğun hesab olunmamışdır:
‘’Lakin Rəna Qocamanova hüquq, maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə orqanlarına müraciət edə bilər’’.

Seçilən
0
Ajans.az

1Mənbələr