Dağıstanda mayın 9-da terror aktı törətməyi planlaşdıran qadın saxlanılıb.
Herbiand.az bildirir ki, bu barədə REN telekanalı Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, saxlanılan şəxs Rusiya vətəndaşıdır və qadağan olunmuş təşkilatlardan birinin tərəfdarıdır. O, Xasavyurtda yerləşən inzibati binanın yaxınlığında partlayıcı qurğunu işə salmaq istəyib.
Onun telefonunda kurator ilə yazışmaları tapılıb. Danışıqda terror hücumuna hazırlıq müzakirə edilib. Həmçnin, qadının üzərindən partlayıcı qurğunun elementləri də müsadirə edilib.
Bəxtiyar CƏFƏRLİ