Keniya Milli Polis Xidməti Kasipula millət vəkili Çarlz Onqondonun Nayrobidə öldürülməsinin məqsədyönlü olduğunu bəyan edib.
Bu barədə “Star” qəzeti məlumat yayıb. Departamentin açıqlamasında deputatın aprelin 30-da axşam saatlarında avtomobili idarə edərkən güllələndiyi təsdiqlənib. Polisin məlumatına görə, məmurun olduğu avtomobil işıqforun qırmızı işığında dayanıb. Hadisə şahidləri bildiriblər ki, yaxınlıqda bir motosiklet olub və onun sərnişini avtomobilin qapısına atəş açıb və hadisə yerindən qaçıb.
Avtomobilin sürücüsü və digər sərnişin xəsarət almayıb; yaralı deputatı xəstəxanaya aparıblar, o, az sonra orada dünyasını dəyişib.
“Daily Nation” qəzetinin yazdığına görə, deputat bir neçə ay əvvəl həyatının təhlükədə olduğunu bildiribmiş.
//Samir Qurbanov, Editor.az