ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu davam etdirmək niyyətində deyil. Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.
Vətəninfo.az xəbər verir ki , bunu jurnalistlərlə keçirdiyi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.
“Bizim bu məsələyə yanaşma tərzimiz və metodologiyamız o mənada dəyişir ki, biz vasitəçi olmayacağıq… Biz görüşlərdə vasitəçi kimi çıxış etmək üçün bir anda dünyanın o biri tərəfinə uçmayacağıq. Bu, iki tərəf arasında edilməlidir. “İndi onların bu münaqişəyə son qoyması ilə bağlı konkret ideyalar təqdim etmələrinin və inkişaf etdirmələrinin vaxtıdır”, – ABŞ Dövlət Departamenti Bryusun brifinqini açıqlayıb.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar sülhü təşviq etmək üçün hələ də “kömək edəcək və əlindən gələni edəcək”.“Dünyanın, bütün yer kürəsinin başqa hissələri də var ki, onlar da bizim diqqətimizi tələb edir”, o əlavə edib.Bundan əlavə, Brüs vurğulayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyaları hələ də ləğv etmir.