AZ

Ruben Amorim: “Atletik”lə mübarizəmiz hələ bitməyib”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının yarımfinalında “Atletik”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” səfərdən 3:0 hesablı qələbə ilə qayıdıblar.

Ruben Amorim matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticə çox yaxşıdır, amma eyni zamanda biz onu düzgün qiymətləndirməliyik. Oyunun əvvəlində bizə çox ağır idi, rəqib oyunçunun meydandan qovulması isə oyunun gedişatını dəyişdi. İxtiyari oyun bircə məqama görə dəyişə bilər. Bizim, daha bir qol vurmaq imkanımız vardı. Hələ heç nə bitməyib, onlar eynisi “Old Trafford”da edə bilərlər. Əlbəttə, biz üstünlüyə malikik. Cavab oyununda bizim öz azarkeşlərimiz də olacaqlar, amma təkrar edirəm, hər şey dəyişə bilər. Bir oyunda nə desən baş verə bilər”, – BBC portuqal mütəxəssisdən sitat gətirir.

Cavab oyunu çərçivəsində “Mançester Yunayted” “Atletik”i mayın 8-də “Old Trafford”da qəbul edəcək.

Əlavə edək ki, hər iki klub cari mövsüm Avropa Liqasını qazanmağa əsas namizədlərdir.

Seçilən
0
arena.az

1Mənbələr