AZ

ABŞ-də avtomobillərə qoyulan 25% rüsum dünyada avtomobil istehsalatını azaldacaq - "Nikkei"

Bakı. Trend:

Donald Tramp administrasiyasının ABŞ-yə idxal olunanavtomobillərə əlavə 25 faizlik gömrük rüsumu tətbiq etməsi 2025-ciildə qlobal səviyyədə avtomobillərin istehsalatını öncəki illəmüqayisədə 2 faiz azalda bilər.

Trend xəbər verirki, belə bir nəticəyə Yaponiyanın aparıcı iqtisadi nəşri olan“Nikkei” analitikləri gəlib.

“Nikkei” qeyd edir ki, Vaşinqtonun sərt rüsum siyasətinəticəsində bütün dünya üzrə 1,55 milyon daha az maşın istehsalolunacaq.

Bundan başqa, nəşr bölgələr üzrə proqnozlarını da dərc edib.

Nəşrin ekspertləri hesab edir ki, 2025-ci ildə Avropa İttifaqıölkələrində avtomobil istehsalı 3 faiz, Cənubi Koreya və Yapniyada2 faiz, Cənubi Amerikada 9 faiz azalacaq.

Bu vaxta qədər ABŞ-də hər il təxminən 16 milyon avtomobilsatılırdı. Bu, miqyasına görə, Çindən sonra dünyanın ikinci ənböyük maşın bazarı sayılır. “Nikkei” onu da qeyd edir ki, ABŞ-ninidxal etdiyi avtomobillərin təxminən 50 faizi xarici ölkələrdəistehsal olunmuş avtomobillərin payına düşür.

Seçilən
0
az.trend.az

1Mənbələr