Bakı, 2 may, AZƏRTAC
Azərbaycanda 2019-2025-ci illər ərzində qida təhlükəsizliyinin təmin edilməsibə dair dövlət proqramı yekunlaşmaq üzrədir. Hesab edirəm ki, çox uğurla yekunlaşır. Hazırda ikinci dövlət proqramının layihəsi hazırlanır. Yaxın vaxtlarda ictimaiyyət, sahibkarlar və Milli Məclisin üzvlərinin müzakirəsinə çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunun "Azərbaycanda aqrobiznesin inkişafına baxış" mövzusunda yüksəksəviyyəli panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmçinin heyvan sağlamlığı və bitki sağlamlığı haqqında qanunların yeni layihəsi, o cümlədən həmin qanunlardan irəli gələn çoxlu sayda normativ hüquqi və texniki sənədlər hazırlanır.