AZ

D vitamini çatışmazlığınaDİQQƏT

Yay aylarında günəşdən faydalanaraq D vitamini ehtiyacımızı qarşılayırıq. Bəs günəşli günlərin az olduğu qış aylarında nə etməli? Həm uşaqların, həm də böyüklərin sağlamlığı üçün vacib olan D vitamini, balanslı qidalanma ilə qış aylarında da orqanizmdəki funksiyasını yerinə yetirə bilər.

 

Pravda.az D vitamini çatışmazlığı ilə bağlı vacib məlumatları təqdim edir:

 

D vitamini nədir?

 

Günəş şüaları və qida vasitəsilə qəbul edilən D vitamini orqanizm üçün həyati əhəmiyyət daşıyır. O, kalsiumun sümüklərdə toplanmasını təmin edir, sümükləri möhkəmləndirir, sinir sistemi və immunitetin normal fəaliyyəti üçün vacibdir. Bundan əlavə, tənəffüs yolu infeksiyalarına qarşı qoruyucu təsir göstərir.

 

D vitamini çatışmazlığı nədir?

 

D vitamini əsasən günəş şüaları vasitəsilə bədəndə təbii şəkildə sintez olunur. Lakin qış aylarında günəşin olmaması və qeyri-kafi qidalanma bu vitaminin çatışmazlığına səbəb olur. Buna görə də, bəzi hallarda əlavə preparatlarla qəbul edilməlidir. D vitamini çatışmazlığı bir çox xəstəliyin yaranmasına səbəb ola və orqanizmdəki bütün sistemlərə təsir edə bilər.

 

Xroniki yorğunluğunuzun səbəbi D vitamini çatışmazlığı ola bilər

 

D vitamini çatışmazlığı bədənə dolayı və ya birbaşa olaraq mənfi təsir göstərir. Onun əlamətləri fərqli insanlarda fərqli şəkildə özünü göstərə bilər. Bu simptomlara malik şəxslər qan analizi verməlidirlər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

 

Davamlı yorğunluq,

 

Üşümə və isinməmək,

 

Ümumi bədən ağrıları,

 

Sümük quruluşunda pozulmalar,

 

Əzələ zəifliyi,

 

Saç tökülməsi,

 

Depressiya,

 

Ruh halında dəyişkənlik,

 

Gözaltı qaralma,

 

Halsızlıq,

 

Yuxusuzluq,

 

Tarazlıq pozuntuları,

 

Oynaqlarda ağrılar.

 

Günəşsiz günlərdə D vitamini çatışmazlığı artır

 

D vitamini çatışmazlığının əsas səbəbləri arasında günəş şüalarından kifayət qədər faydalanmamaq yer alır. Eyni zamanda, qeyri-kafi qidalanma və D vitamini əlavələrinin qəbul edilməməsi də bu vəziyyəti ağırlaşdırır. Piylənmə, xroniki xəstəliklər və genetik faktorlar da risk amilləridir.

 

D vitamini çatışmazlığı zamanla osteoporoza (sümük əriməsi) səbəb ola bilər. Yuxusuzluq və xroniki yorğunluq isə psixoloji problemlərin yaranmasına gətirib çıxara bilər. Bundan başqa, bəzi xərçəng növləri, ürək-damar xəstəlikləri, şəkərli diabet və yüksək təzyiq kimi xəstəliklərin inkişafında da D vitamini çatışmazlığının rolu var.

 

D vitamini üçün düzgün qidalanma vacibdir

 

Orqanizm üçün lazım olan D vitamininin təxminən 95%-i günəşdən alınır, qalan hissəsi isə qida ilə təmin edilir. Günəşin az göründüyü aylarda D vitamini ilə zəngin qidaların qida rasionuna daxil edilməsi vacibdir. Bu qidalar arasında:

 

Yumurta,

 

Süd və süd məhsulları,

 

Taxıllar,

 

Cəfəri

 

Gicitkən otu,

 

Portağal suyu,

 

Som balığı,

 

Skumbriya

 

Balıq yağı yer alır.

 

Müalicə necə aparılır?

 

D vitamini çatışmazlığı əlamətləri olan şəxslər qan analizi və müvafiq müayinələrdən keçməlidirlər. İlk növbədə, balanslı və yetərli qidalanma vacibdir. Müalicə damcı və ya inyeksiya formasında tətbiq edilir. Dozası və müalicə üsulu çatışmazlığın səviyyəsinə, şəxsin yaşına və vəziyyətinə görə həkim tərəfindən müəyyən olunur.

 

 

Əminə Bayramova

Tarix: 2 May 2025, 11:43   
Seçilən
0
pravda.az

1Mənbələr