BAKI, 2 may. TELEQRAF
Yəməndəki "Ənsarallah" (husilər) hərəkatı İsrailin şimalında yerləşən Ramat-Daviv hərbi hava bazasına raket zərbələri endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Səri bəyanat verib.
Onun sözlərinə görə, hücum zamanı "Fələstin-2" tipli hipersəs ballistik raketi istifadə olunub.
Yəhya Səri qeyd edib ki, raket hədəfə çatıb və İsrailin hava hücumundan müdafiə sistemləri onun qarşısını ala bilməyib.