AZ

Tramp Konqresdən rekord sayda milli təhlükəsizlik büdcəsi tələb edəcək - Bloomberg

ABŞ prezidenti Donald Tramp Konqresdən milli təhlükəsizlik üçün 1,01 trilyon dollar vəsait istəyəcək. Qeyd edək ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayacaq.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.

Administrasiyanın məsələ ilə bağlı məlumatlı mənbələri jurnalistlərə bildiriblər ki, bu, rekord məbləğdir və cari ilin göstəricisindən 13%-dən çoxdur.

Ehtimal olunur ki, əsas prioritetlər arasında “Qızıl qübbə” raket əleyhinə müdafiə layihəsinin maliyyələşdirilməsi, gəmiqayırma və nüvə arsenalının modernləşdirilməsi, həmçinin sərhəd təhlükəsizliyi yer alacaq. ABŞ-ın müdafiə büdcəsində hərbçilərin maaşının 3,8% artırılması da nəzərdə tutulur.

Büdcənin mayın 2-də təqdim ediləcəyi gözlənilir. Bu, qanunvericilərə 2026-cı maliyyə ili üçün təxsisatlar haqqında qanun layihələri üzərində işə başlamağa imkan verəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
8
herbiand.az

9Mənbələr