AZ

Dərbəndin azərbaycanlı meri ilə bağlı YENİ XƏBƏR

Dərbəndin yeni meri Xanlar Paşabəyov haqda yeni məlumatlar ortaya çıxıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Xanlar Paşabəyovun ata babası Kərimbəy və atası Edison da Sovetlər Birliyi dövründə Dərbənd şəhərinin başçısı olublar. Onlar köklü dərbəndlilərdəndir.

Mer Paşabəyovun dayısı Mustafa Nəsirov isə Azərbaycanda tanınmış hərbçi olub.

Azərbaycanın ilk sərhədçi generalı olan Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənddə doğulub, 27 may 2012-ci ildə  90 yaşında vəfat edib. Xanlar Paşabəyov Mustafa Nəsirovun bacısı oğludur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
0
bizim.media

1Mənbələr