Xəbər verildiyi kimi Qubanın Barlı kəndindən keçən hissəsində dəhşətli qəza qeydə alınıb.
Quba-Xaçmaz yolunun Vaz-21015 markalı avtomaşın yüksək sürətlə hərəkətdə olarkən "Tofaş"markalı avtomaşına dəyib.
Daha sonra Vaz-21015 markalı avtomobil körpüdən Samur-Abşeron kanalına düşüb. Dəhşətli qəzada sürücü və sərnişin möcüzə nəticəsində sağ qalıblar.
Belə ki, su kanalına düşən sürücü və sərnişin üzərək yolun o tayına çıxıblar. Xilas olan hər iki şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu