AZ

Bakıda ağacın dibini betonlayan CƏZALANDI

Ağacın dibini betonlayan şəxs cəzalanıb.

Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçrilib.

Əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.

www.anews.az
Seçilən
0
anews.az

1Mənbələr