Bakı. Trend:
Hazırda Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqfəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1,4 milyondanartıqdır.
Trend xəbərverir ki, bu sözləri Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıdakeçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
"Onların 37%-dən çoxu kənd təsərrüfatı sahəsində fəaliyyətgöstərir. Ölkədə kənd təsərrüfatında 12 mindən artıq hüquqi şəxsfəaliyyət göstərir.
2020-2024-cü illər ərzində kənd təsərrüfatı məhsulları ixracı25%-dən çox artıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında 153milyon dollar dəyərində meyvə-tərəvəz, 14 milyon manatlıq içkiməhsulları ixrac edilib", - deyə M.Musayev qeyd edib.