"Barselona"nın 17 yaşlı futbolçu Lamin Yamalın atası Munir Nasraui rəqib komanda azarkeşlərinin oğluna qarşı hörmətlə yanaşmalı olduqlarını bildirib.

Offsideplus.az xəbər verir ki, o, katalon klubunun azarkeşlərinin bunu etdiyini də söyləyib:

"Lamin təkcə "Barselona"da deyil, həm də milli komandada oynayır. Belə gənc yaşında "blauqrana"da artıq 100 oyun keçirən oğlanı tərifləmək lazımdır. İnsanların onun haqqında pis danışmasını xoşlamıram. "Barselona" azarkeşləri "Real"ın gənc istedadlarını təhqir etmirlər".

Yamal cari mövsüm 48 oyunda 14 qol vurub və 24 məhsuldar ötürmə edib. O, ötən yay İspaniya yığması ilə Avropa çempionu olub.