AZ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayır

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin iki üzvü tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kiloqram) Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə, Yaşar Nəcəfov (66 kiloqram) isə tacikistanlı Exson Safarzoda ilə üz-üzə gələcək. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan başlayacaq.

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" turnirində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunur. Yarışa mayın 4-də yekun vurulacaq.

Seçilən
0
fanat.az

1Mənbələr