AZ

Yamalın atası "Real Madrid" azarkeşlərinə çağırış edib

"Barselona"nın 17 yaşlı ulduzu Lamine Yamalın atası Munir Nəsraui "Real Madrid" azarkeşlərini oğluna hörmətlə yanaşmağa çağırıb.

90deqiqe.Az xəbər verir ki, "Diario Sport" gənc futbolçunun atasının dediklərini belə çatdırıb.

“Lamin təkcə ‘Barselona’da deyil, həm də milli komandada oynayır. Belə gənc yaşda ‘Blauqrana’da artıq 100 oyun keçirmiş bir futbolçunu tərifləmək lazımdır. İnsanların onun haqqında pis danışması mənim xoşuma gəlmir. Onu danlamağa ehtiyac yoxdur. ‘Barselona’ azarkeşləri ‘Real Madrid’in gənc istedadlarını təhqir etmirlər, elə deyilmi?” 

Bu mövsüm Yamal İspaniya çempionatının 30 oyununda iştirak edib. Cinah oyunçusu 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr