Ajans.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb. "Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş beynəlxalq terror təşkilatının tərəfdarı, 1996-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. O, Xasavyurtda hüquq-mühafizə orqanlarının inzibati binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salmağı planlaşdırıb", - idarənin məlumatında deyilir. Saxlanılan şəxsin telefonunda yazışma tapıblar, orada partlayış hazırlamaq və qadının terror qruplaşmasına and içməsini müzakirə ediblər. Qadın isə sorğu-sual zamanı deyib: "Bir Telegram kanalında İslam qruplarından birində Əbdül adlı şəxslə tanış oldum. O, məndən şəhərdəki müxtəlif təşkilatların fotolarını çəkməyimi istədi, müxtəlif maddələr almağı, mayın 9-da terror aktı törətməyimi tapşırdı". Onun barəsində cinayət işi açılıb.