AZ

Təranə Aslanova: ADA Universitetində karyera sərgisinin təşkilli ənənə halını alıb

Bakı, 2 may, AZƏRTAC

Bu il ADA Universitetində 13-cü Karyera Sərgisi keçirilir. Karyera sərgisinin təşkilli artıq ənənə halını alıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetinin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, sərgidə aparıcı şirkətlər və dövlət qurumları təmsil olunur. Bu şirkətlər müxtəlif sənaye sahələrini - istehsalat, maliyyə, kommunikasiya və s. əhatə edir.

“Sərgiyə tələbələrimizi, məzunlarımızı dəvət etmişik. Onlar şirkət nümayəndələri ilə ünsiyyətdə olur, öz SV-lərini təqdim edirlər. Şirkət nümayəndələri də daxildə olan təcrübə proqramları və iş imkanları haqqında məlumat verirlər. Tələbə və məzunlarımız hər zaman sərgidə iştirak edir və əksəriyyəti iş proqramlarına müraciət edirlər”, - deyə Təranə Aslanova qeyd edib.

 

Seçilən
0
2
azertag.az

3Mənbələr