AZ

“Zirə” – “Turan Tovuz” matçına doğru: Tovuz  klubunda 5 itki

Misli Premyer Liqasının XXXIII turunda “Zirə” bu gün doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, oyuna iki komanda da itkilərlə çıxacaq. Qəsəbə klubunun heyətində Hacıağa Hacılı, Yusuf Laval və Fuad Bayramov zədəs səbəbindən görüşü buraxacaqlar. 

Tovuz klubu da matçı itkilərlə çıxır. Komandanın zədəli oyunçuları – Denis Marandiçi, Şəhriyar Əliyev, Rüfət Əhmədzadə və Joarlem Santos matçda iştirak edə bilməyəcək. “Turan Tovuz”un ispaniyalı futbolçusu Alexandor Serrano isə cəzalı olduğu üçün görüşü kənardan izləyəcək.

“Zirə” – “Turan Tovuz” matçı bu gün saat 20:00-da start götürəcək.

Seçilən
0
idmanxeber.az

1Mənbələr