AZ

"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.

Qeyd edək ki, 2023/24 mövsümündən komandada çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurmağa nail olub.

Seçilən
0
6
report.az

8Mənbələr