Bakı. Trend:
Azərbaycan aqrar innovasiyaların uğurlu inkişafını və necə realnəticələr gətirdiyini əyani şəkildə nümayiş etdirir.
Trend xəbərverir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini NəbilGənci Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda etdiyiçıxış zamanı bildirib.
“Müasir kənd təsərrüfatı təcrübələri beynəlxalq standartlarauyğun şəkildə tətbiq olunur, bu da ərzaq istehsalınıntəhlükəsizliyi, əlçatanlığı və dayanıqlılığının artırılmasınaxidmət edir. Son beş ildə ölkəyə səfərlərim zamanı bu irəliləyişişəxsən müşahidə etmişəm. Məhsuldarlığın və səmərəliliyinartırılması üçün qabaqcıl texnologiyalardan – dəqiq alətlərdəntutmuş kənd təsərrüfatı proseslərinin intellektual idarəetməsistemlərinədək – geniş istifadə olunur”, – deyə o bildirib.
N.Gəncinin sözlərinə görə, FAO Avropa və Mərkəzi Asiya üzrəbütün regionda hökumətlərlə, elmi-tədqiqat institutları ilə, özəlsektor və fermerlərlə əməkdaşlıq edərək, hər bir ölkə və regionunxüsusiyyətlərinə uyğunlaşdırılmış ağıllı və genişlənə bilən həllərihəyata keçirir. Bu, “Rəqəmsal kəndlər” təşəbbüsü və iqlimədayanıqlı kənd təsərrüfatı təcrübələri proqramları kimi layihələrvasitəsilə reallaşdırılır.
O, həmçinin bildirib ki, COP29 zamanı Azərabycan qlobal iqlimgündəminin formalaşdırılmasında həlledici rol oynayıb. FAOrəsmisinin sözlərinə görə, o meydançada qəbul olunan beynəlxalqöhdəlikləri - tarlalarda, fermalarda və ərzaq sistemlərində - realnəticələrə çevirmək olduqca vacibdir.