AZ

"Milan" Premyer Liqada özünə yeni müdafiəçi tapıb

"Lester"in mərkəz müdafiəçisi Meme Okolie "Milan"a keçə bilər.

90deqiqe.Az xəbər verir ki, Premyer Liqanı tərk edən "Lester Siti" 23 yaşlı mərkəz müdafiəçisi Meme Okolie-ni heyətində saxlamaqda çətinlik çəkir. İtaliyanın "Milan" klubu yaxın günlərdə futbolçunun transferi ilə bağlı danışıqlara başlamağa hazırlaşır.

Okolie ilə bəzi İngiltərə klublarının da maraqlandığı bildirilir, lakin onların adları hələ açıqlanmayıb.

Meme Okolie İngiltərə Premyer Liqasının cari mövsümündə "Lester"in heyətində 22 oyuna çıxıb və 1 qol vurub. Keçən yay klub oyunçunu "Atalanta"dan 14 milyon avroya alıb və onun hazırkı qiyməti, Transfermarkta görə, 12 milyon avrodur.

Seçilən
0
90deqiqe.az

1Mənbələr