AZ

AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib

AMEA-nın Rəyasət Heyətində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri – mədəniyyət attaşesi prof. Dr.
Tarek Məhəmmədlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonağı
salamlayaraq bildirib ki, tarixən Azərbaycan ilə Misir arasında mövcud olmuş əlaqələrin
müasir dövrdə elmi və mədəni sahələrdə daha da inkişaf etdirilməsi böyük əhəmiyyət
daşıyır. AMEA rəhbəri qeyd edib ki, bu münasibətlər hər iki ölkənin milli maraqlarına
xidmət etməklə yanaşı, Şərqlə Qərb arasında körpü rolunun möhkəmləndirilməsinə töhfə
verir.
Akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının Misirin
müvafiq qurumları ilə ərəb dili, İslam mədəniyyəti, Şərq fəlsəfəsi, qədim əlyazmalar,
ədəbiyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib.
Daha sonra çıxış edən professor Dr. Tarek Məhəmməd Azərbaycan Milli Elmlər
Akademiyasının rəhbərliyini və əməkdaşlarını salamlayaraq qeyd edib ki, onun səfərinin
əsas məqsədi Misirin elm və mədəniyyət qurumları ilə Azərbaycan arasında mövcud
əlaqələri daha da genişləndirməkdir. O bildirib ki, bu istiqamətdə hər iki ölkənin elmi
müəssisələrinin birgə təşəbbüsləri və fəal iştirakı mühüm rol oynayacaq. Professor Tarek
Məhəmməd vurğulayıb ki, rəhbərlik etdiyi Mərkəz elm mədəniyyət sahəsində
əməkdaşlıq üçün hər cür dialoqa və dəstəyə hazırdır.
Görüşdə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik
Gövhər Baxşəliyeva da çıxış edərək professor Tarek Məhəmmədin ərəb dili üzrə
mütəxəssis olduğunu qeyd edib, rəhbərlik etdiyi institutun ərəb ölkələri ilə illərdir davam
edən səmərəli əməkdaşlıq təcrübəsindən danışıb və onu institutla yaxından tanış olmağa
dəvət edib.
Görüşdə, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev,
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik
Teymur Kərimli, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru
AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Folklor İnstitutunun direktoru filologiya
üzrə fəlsəfə doktoru Hikmət Quliyev, Lənkəran Regional Elmi Mərkəzinin direktoru
filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev, Şəki Regional Elmi Mərkəzinin
direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, Fəlsəfə və Sosiologiya
İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, Memarlıq
İncəsənət İnstitutunun direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər
Zeynalov və Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini filologiya elmləri
doktoru Baba Məhərrəmli əyani və onlayn çıxış edərək birgə əməkdaşlıq üçün təkliflərini
səsləndiriblər.
Seçilən
0
3
veteninfo.az

4Mənbələr